“Maliyyə Bazarlarına Nəzarət Palatası depozitləri qaytara bilməyən “Bank Standard” KB-na müvəqqəti inzibatçı təyin edərək 6 ay ərzində bu banka 15 milyon manatlıq dəstək verəcək”. “Maliyyə Bazarlarına Nəzarət Palatası depozitləri qaytara bilməyən “Bank Standard” KB-na müvəqqəti inzibatçı təyin edərək 6 ay ərzində bu banka 15 milyon manatlıq dəstək verəcək”.

“Banklar maliyyə dəstəyi ala bilirlərsə, vətəndaşlar niyə almasın?” - Ekspert rəyi

“Maliyyə Bazarlarına Nəzarət Palatası depozitləri qaytara bilməyən “Bank Standard” KB-na müvəqqəti inzibatçı təyin edərək 6 ay ərzində bu banka 15 milyon manatlıq dəstək verəcək”.


AzNews.az xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov deyib.

Verilən bu dəstəyin vacib olduğunu vurğulayan ekspert, eyni dəstəyi dollar ilə kredit götürüb devalvasiyalardan sonra ödəniş edə bilməyənlərə də etməyin lazım olduğunu qeyd edib: "Bankın depoziti qayatara bilməməsi ilə vətədaşın krediti ödəyə bilməməsi arasında elə ciddi fərq yoxdur. Təbii ki, vətəndaşların zəhmətlə qazandıqları depozitləri bütün hallarda onların özünə tam şəkildə qaytarılmalıdır. Onsuzda banklar həmin depozitlərdən istifadə etməklə xeyili gəlir əldə ediblər. Digər tərəfdən, depozitlərin qaytarılmasındakı çətinlik heç də yalnız problemli kreditlərin həcminin artması ilə əlaqədar deyil. Onsuz da əksər bank rəhbərləri uzun illər MDB məkanında ən yüksək faizli kreditlər paylamaqla böyük gəlirlər əldə ediblər. Yumşaq desək, bu banklar vətəndaşların qazandıqları pulların bir qismini uzun müddət yüksək faiz hesabına əllərindən alıblar. Belə olan halda, ödəniş edə bilməyən banklar maliyyə dəstəyi ala bilirlərsə, vətəndaşlar niyə kompensasiya almasın ki?"