Azərbaycan neftinin barrelinin qiymətinin dünya bazarlarında 50 dolları keçməsi hələ ki, dövlət büdcəsində neftin qiymətini dəyişməyə əsas vermir. Azərbaycan neftinin barrelinin qiymətinin dünya bazarlarında 50 dolları keçməsi hələ ki, dövlət büdcəsində neftin qiymətini dəyişməyə əsas vermir.

Azərbaycan neftinin bahalaşması nəyi dəyişəcək?

Azərbaycan neftinin barrelinin qiymətinin dünya bazarlarında 50 dolları keçməsi hələ ki, dövlət büdcəsində neftin qiymətini dəyişməyə əsas vermir.


ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, neft sənayesi üzrə ekspert Elnur Sultanov bu məsələdə tələsməməyi məsləhət görüb: "Barrelin 50 dollar keçməsi dayanıqlı olmaya bilər. Gözləmək lazımdır ki, Azərbaycan neftinin dünya bazarlarında qiyməti 60-70 dolları keçsin. Onda büdcəyə yenidən baxıla bilər və neftin barrelinin qiyməti dövlət büdcəsində 50 dollara bərəbər götürülə bilər".

Məsələ millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun bu gün ölkə mətbuatına verdiyi müsahibə ilə gündəmə gəlib. Millət vəkili may-iyun aylarında Azərbaycanın dövlət büdcəsi gəlirlərinə yenidən baxıla biləcəyini vurğulayıb: "Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dolları keçməsi Azərbaycanın 2016-ci il üzrə dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər".


Azərbaycan neftinin illik orta qiyməti (dollar/barrel)

2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürülüb. 2015-ci ilin dövlət büdcəsində isə neftin qiyməti 90 dollar olmuşdu. Büdcə sənədlərində neftin qiymətinin bu qədər aşağı salınması ötən il dünya bazarlarında neftin qiymətinin sürətlə ucuzlaşması ilə bağlı olub. Əgər 2014-cü ildə Azərbaycanda hasil edilən xam neftin barrelinin orta qiyməti 100,9 dollar olubsa, 2015-ci ildə analoji rəqəm 48 dollara bərabər olub.

2015-ci ilin ortalarında dünya bazarına neftin 1 barrelinin qiyməti 40 dollara yaxınlaşmışdı ki, əksər ekspertlər bunu müvəqqəti hal sayırdılar və ilin sonuna kimi neftin qiymətinin yenidən 70 dollara qədər qalxacağını düşünürdülər. Buna görə də 2015-cı il üçün sentyabr ayında təqdim edilən büdcə layihəsində neftin barreli 50 dollardan götürülmüşdü. Lakin sonradan neft ucuzlaşmaqda davam etdi və hətta 2015-cı ilin dekabr ayında 30 dollara yaxınlaşdı. Nəticədə, Azərbaycan 2016-cı il dövlət büdcəsində neftin barrelini 25 dollardan götürməli oldu. Həmçinin bir sıra investisiya dayihələrini təxirə salmalı oldu.

Elnur Sultanov neftin barrelinin qiymətinin 60-70 dollara qalxmasından sonra bu layihələri yenidən bərpa etməyi mümkün sayır: "Neftin barrelinin orta illik qiyməti 30 dollar olarsa, Azərbaycanın illik gəlirləri 4-5 milyard dollar ətrafında dəyişməlidir, amma qiymət 50 dollara qalxarsa, Azərbaycanın gəlirləri 6-7 milard dollara qədər qalxır".

Ekspertin fikrincə, qiymət artımından gələcək əlavə 2 milyard dolları həm büdcə kəsirlərinin örtülməsinə, həm də investisiya layihələrinə yönəltmək olar. Onun fikrincə, sərmiyə layihələrinə yönəldilən vəsaitlər yeni iş yerlərin açılmasına yardım etməklə yanaşı, qeyri-neft sektorunun inkişafına dəstək verməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə də dəstək verə bilər.

"Neftin barrelinin orta illik qiyməti 50 dollar olarsa, Azərbaycanın illik gəlirləri 6-7 milard dollara qədər qalxa bilər".


2016-cı il dövlət büdcəsinin xərcləri (milyon manat, faiz)

Əslində, büdcə xərclərinə yenidən baxılmasında heç bir qanun pozuntusu yoxdur və Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına imkan verən bütün imkanlar kimi bu imkanda da hərtərəfli istifadə etməlidir. Adətən dövlət tərəfindən iqtisadiyyatın qeyri-neft sektoruna yatırılan vəsaitlər manipulyativ effekt verərək gözləniləndən daha böyük iqtisadi artıma səbəb olur. Bir sıra ölkələr bu təcrübədən istifadə edərək böhran vəziyyətindən çıxa biliblər. Azərbaycan da neft gəlirlərinin aşağı düşməsi üzündən qarşılaşdığı çətinliklərdə bu cür addımlarla çıxa bilər.

Anspress.com