Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərracda yüksək qiymətə satılan növbəti əmlak - “Vüqar” şadlıq evi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.


Komitədən AzNews.az-a verilən məlumata görə, bu dəfəki hərracda özəlləşdirilən 2 kiçik müəssisə və 2 istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda, yerdə qalan 3 kiçik müəssisə və obyekt isə Şirvan, Sabirabad və Saatlıda yerləşir. Hərracda ən yüksək qiymətə satılan daşınmaz əmlak paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. 74 min 800 manata özəlləşdirilən "Vüqar" şadlıq evi isə hərracda yüksək qiymətə satılmış növbəti əmlak olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Nizami rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 55 min manata özəlləşdirilib.

Yeni başladılan bu özəlləşdirmə prosesi ölkədə iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir və bununla da iqtisadi aktivliyə və yeni iş yerlərinin yaradılmasına səbəb olur.

Komitə tərəfindən növbəti hərrac 13 dekabrda keçiriləcək.