Maliyyə Bazarlarına Nəzarət Palatası qabaqcıl beynəlxalq təcrübələri nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək. Maliyyə Bazarlarına Nəzarət Palatası qabaqcıl beynəlxalq təcrübələri nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək.

Milli reytinq agentlikləri yaradılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası qabaqcıl beynəlxalq təcrübələri nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək.


"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsində qeyd edilib.

Sənəddə deyilir ki, müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. "Milli reytinq agentliklərinin olmaması ilə əlaqədar bu xidmətlər yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən göstərilir. Nəticədə, az sayda iri şirkət qeyd edilmiş xidmətlərə çıxış əldə edir", - deyə sənəddə bildirilir.

Strateji yol xəritəsinin Təbdirlər Planında isə qeyd edilib ki, milli reytinq agentliklərinin yaradılması 2018-2019-ci illərə təsadüf edə bilər.

AzNews.az