Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində bir sıra struktur dəyişiklikləri aparılıb. Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində bir sıra struktur dəyişiklikləri aparılıb.

Vergilər Nazirliyində ciddi dəyişiklik - İdarələr ləğv edildi

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində bir sıra struktur dəyişiklikləri aparılıb.


Bu barədə AzNews.az-a nazirlikdən məlumat verilib.

Bildirilir ki, Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması Baş İdarəsi və Vergi auditi və operativ nəzarət Baş İdarəsi ləğv edilərək, onların bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti və Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb. Vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun bazasında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti yaradılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər və 1 saylı Vergilər Departamentləri ləğv olunaraq, onların bazasında Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamenti yaradılıb.