“Bu qərardan sonra imkanlı şəxslərlə aztəminatlı ailələr arasında yaranmış vəziyyət tənzimlənəcək” “Bu qərardan sonra imkanlı şəxslərlə aztəminatlı ailələr arasında yaranmış vəziyyət tənzimlənəcək”

“Tarif Şurasının qərarı daha çox aztəminatlı ailərlər üçün faydalı olacaq” – Şərh

“Bu qərardan sonra imkanlı şəxslərlə aztəminatlı ailələr arasında yaranmış vəziyyət tənzimlənəcək”


Bu sözləri AzNews.az-a açıqlamasında təbii qaz və elektrik enerjisinin satış tarifləri ilə bağlı Tarif Şurasının növbəti qərarını şərh edən iqtisadçı-ekspert Asiman Quliyev deyib. Onun sözlərinə görə, bu qərardan sonra imkanlı şəxslərlə aztəminatlı ailələr arasında yaranmış vəziyyət tənzimlənəcək:

"Digər tərəfdən, bir qisim hüquqi şəxslər var ki, onlar onsuzda bu daşıyıcı resurslardan böyük miqdarda istifadə edirlər. Təbii ki, Tarif Şurasının bu dəfəki qərarından onlar o qədər də faydalana bilməyəcək. Mən bir iqtisadçı kimi hesab edirəm ki, gələcəkdə kiçik və orta sahibkarlıqla məşğul olan insanlara üçün də hansısa güzəştlər olsa, daha yaxşı olar."

Prezident İlham Əliyevin tapşırığına əsasən, ötən gün Tarif Şurasının növbədənkənar iclası keçirilib. İclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb.

Daha sonra Iqtisadiyyat Naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, dəyişikliyə əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə qədər artırılıb və 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisinin aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib.