Azərbaycan İranda yük terminalı tikir

Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində İranın Astara şəhərində tikilən dəmir yolu vağzalında yük terminalının tikintisi üçün investisiya qoymaqda maraqlıdır.

Bunu Trend-ə eksklüziv açıqlamasında İranın dəmir yolunda əməliyyat məsələləri üzrə rəhbərinin müavini Hosseyn Aşuri deyib.

O deyib: "Azərbaycan 10 hektar ərazidə tikiləcək yük terminalına investisiya qoymağa hazır olduğunu bildirib. Bu təklif ötən həftə hər iki tərəfin nümayəndə heyətinin görüşü zamanı səsləndirilib".

H.Aşurinin sözlərinə görə, bu terminal sənaye malları, metal, eləcə də digər məhsulların yüklənməsi və boşaldılması üçün önəmli olacaq.

AzNews.az