Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat borc almağı planlaşdırır. Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat borc almağı planlaşdırır.

Dövlət 700 milyon manatlıq istiqraz buraxır

Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat borc almağı planlaşdırır.

AzNews.az Marja.az-a istinadən xəbər verir ki, 27 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışı 54S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Palata tərəfindən həmçinin 27 yanvar tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 1 000 000 (bir milyon) ədəd dövlət ortamüddətli istiqrazlarının buraxılışı 55S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.