Qazaxıstanın Mangistau vilayətinin Dövlət gəlirləri departamentinin mütəxəssisi Maksat Akmuratovun yerli mənbəyə bildirdiyinə görə, 2017-ci ilin yanvar ayında vilayət Azərbaycandan 24700 dollarlıq at alıb. Qazaxıstanın Mangistau vilayətinin Dövlət gəlirləri departamentinin mütəxəssisi Maksat Akmuratovun yerli mənbəyə bildirdiyinə görə, 2017-ci ilin yanvar ayında vilayət Azərbaycandan 24700 dollarlıq at alıb.

Azərbaycan Qazaxıstana 25 min dollarlıq at satıb

Qazaxıstanın Mangistau vilayətinin Dövlət gəlirləri departamentinin mütəxəssisi Maksat Akmuratovun yerli mənbəyə bildirdiyinə görə, 2017-ci ilin yanvar ayında vilayət Azərbaycandan 24700 dollarlıq at alıb.

Virtualaz.org xəbər verir ki, atların hansı məqsədlə alınması açıqlanmayıb. Mənbə onu da əlavə edib ki, vilayət digər ölkələrdən at alışı həyata keçirməyib.

Mütəxəssisin sözlərinə görə, 2017-ci ilin birinci ayı ərzində Azərbaycandan ümumilikdə 2,3 milyon dollarlıq mal və məhsul idxal olunub. Bunların arasında plastik kütlədən hazırlanmış məhsullar, geodeziya və topoqrafiya cihazları (759,9 min dollarlıq), habelə kisələr və qablaşdırma qutuları (124,6 min dollarlıq) var.

Azərbaycandan sözügedən vilayətə 47 min dollarlıq avtotənzimlənmə cihazları idxal edilib. Mangistau vilayətinin ölkəmizdən ən çox aldığı isə qara metaldan borulardır ki, bunların ümumi dəyəri 1.1 milyon dollar olub.

AzNews.az