Azərbaycanda 2015-ci il fevralın 21-də həyata keçirilən milli valyutanın ilk devalvasiyasından indiyədək ABŞ dollarının məzənnəsi 120,7% artaraq bu ilin fevralın 21-nə 1,7352 AZN/USD təşkil edib. Azərbaycanda 2015-ci il fevralın 21-də həyata keçirilən milli valyutanın ilk devalvasiyasından indiyədək ABŞ dollarının məzənnəsi 120,7% artaraq bu ilin fevralın 21-nə 1,7352 AZN/USD təşkil edib.

Azərbaycanda ilk devalvasiyadan ötən 2 il ərzində dollar 121% bahalaşıb

Azərbaycanda 2015-ci il fevralın 21-də həyata keçirilən milli valyutanın ilk devalvasiyasından indiyədək ABŞ dollarının məzənnəsi 120,7% artaraq bu ilin fevralın 21-nə 1,7352 AZN/USD təşkil edib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, ilk devalvasiya qərarından sonra dolların rəsmi məzənnəsi 34,6% artaraq 0,7862 AZN/USD səviyyəsindən 1,0500 AZN/USD-yə, həmin ilin dekabrın 21-də isə daha 48% artaraq 1,5500 AZN/USD-yə çatıb. Son 14 ay ərzində dolların məzənnəsində artım tempi davam edib və bu göstərici 12% təşkil edib. Xatırladaq ki, son 14 ayda rəsmi məzənnə 2016-cı il mayın 25-də 1,49 AZN/USD səviyyəsinə enərək ən minimal həddə, 2017-ci il fevralın 1-də isə 1,92 AZN/USD səviyyəsinə yüksələrək ən maksimal həddə çatıb.

Qeyd edək ki, 2006-cı il yanvarın 1-də 1:5000 miqyasında həyata keçirilən denominasiyadan sonra ilk devalvasiyaya qədər dolların məzənnəsi 2006-cı il yanvarın 3-də (0,9184 AZN/USD) ucuzlaşmağa başlayaraq, 2014-cü il iyunun 10-da minimal həddə (0,7842 AZN/USD) enib.

"Report"un analitik qrupu qeyd edir ki, dolların ucuzlaşmasına səbəb qlobal əmtəə bazarlarında neftin qiymətinin 120 dollar/bareldən 55 dollar/barelə qədər kəskin ucuzlaşması olub. Nəticədə, Azərbaycanın ixrac gəlirləri kəskin azalıb və tədiyyə balansında yaranan iri həcmdə mənfi saldo dolların məzənnəsinin artırılmasını qaçılmaz edib. Daha sonra isə neftin qiymətində ucuzlaşmanın ikinci dalğası baş verib və qiymətlər 65 dollar/bareldən 30 dollar/barelə qədər azalma göstərib ki, bu da növbəti devalvasiyaya səbəb olub.

Qeyd edək ki, hazırda neftin qiyməti ilk devalvasiyaya səbəb olan 56 dollar/barel həddində olsa da, Azərbaycanda dolların məzənnəsi 1,05 AZN/USD-dən 65% yuxarıdır. Bu da əhalinin iqtisadi inam göstəricisinin aşağı olduğunu göstərir.