Dolların hərrac məzənnəsi necədir?

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi valyuta hərracı keçirilib.

AMB-dən AzNews.az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7447 səviyyəsində formalaşıb.

Qeyd edək ki, dollar/manat rəsmi məzənnəsi bu gün üçün 1,7352 səviyyəsində idi.