Gürcüstandan Azərbaycana idxal artıb

2017-ci ilin yanvarında Azərbaycan Gürcüstandan məhsul idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 9,34 milyon dollaradək artırıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstan Statistika Xidmətinin hesabatına əsasən, Gürcüstanın ixracatında Azərbaycanın payı 5,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin yanvarında 3,1 faizə bərabər olub.

Statistikaya əsasən, Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvarında 73,36 milyon dollar təşkil edib. Gürcüstanın xarici ticarət əməliyyatlarında Azərbaycanın xüsusi çəkisi 11,3 faizə bərabər olub.

Gürcüstandan idxal göstəricisində əsas yer boruların payına düşüb.