Neft ucuzlaşdı

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,14 dollar və ya 0,27% azalaraq 51,91 dollar olub.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarını gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar və ya 0,18% azalaraq 49,24 dollar təşkil edib.