“Xüsusi ilə rayon və kənd yerlərində aztəminatlı ailələrin öz əşyalarını qoyub müəyyən məbləğdə kredit götürə bilərlər.” “Xüsusi ilə rayon və kənd yerlərində aztəminatlı ailələrin öz əşyalarını qoyub müəyyən məbləğdə kredit götürə bilərlər.”

"5 min manatlıq mal-qaranı 500 manat dəyərində hesablayırlar"- Şərh

“Xüsusi ilə rayon və kənd yerlərində aztəminatlı ailələrin öz əşyalarını qoyub müəyyən məbləğdə kredit götürə bilərlər.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Daşınan əmlakın yüklülüyü haqqında" qanun layihəsini şərh edərkən deyib. Onun sözlərinə görə, sözü gedən qanun üzərində bir çox dəyişikliklər edilib:

Mal-qara, televizor, xalça və s. kimi məişət avadanlıqlarını girov qoyub kredit götürə bilmək imkanı genişlənir. Burada bir vacib məsələ var, biz onu Maliyyə Bazarlarına Nəzarət Palatasına çatdırmışıq. Bu qanunda nəzərdə tutulan, yəni banka qoyulan girovun qiymətləndirilməsi çox ciddi məsələdir. Bu bir həqiqətdir ki, banklar girovu öz qiymətindən dəfələrlə aşağı qiymətə hesablayır. Bu da problem yaradır. Məsələn, 5 min manat dəyərdə olan mal-qaranı 500 manat dəyərində hesablayırlar. Bildirmişik bu məsələ ciddi araşdırılmalı və belə nöqsanlar aradan qaldırılmalıdır. Bu qanun hardasa 2017-ci ilin sonuna kimi təsdiqlənəcək.

Deputat hesab edir ki, qanun kredit bazarında insanların dolanışığı üçün böyük şərait yaradacaq. Vahid Əhmədov vurğulayıb ki, banka girov qoyulan əmlak kredit müddəti başa çatana kimi saxlanılmalıdır:

Kreditin üzəridə sahibkar bankdır. Amma bu qanunun özəlliyi odur ki, mal-qaranı asanlıqla sata bilərsən. Çünki sən heyvanı deyil, pulu qaytarırsan. Əsas odur ki, kredit götürən şəxs vaxtlı-vaxtında banka olan borcunu ödəyir.

Milli Məclisin plenar iclasında "Daşınan əmlakın yüklülüyü haqqında" qanun layihəsi müzakirə olunub. "Daşınar əmlakın yüklülüyü" haqqında qanun layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.

Bahar RÜSTƏMLİ

AzNews.az