İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilati (ISESCO) arasında Azərbaycanın Rəqəmsal Ticarət Qovşaği kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb. Sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri imzalayıb. İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilati (ISESCO) arasında Azərbaycanın Rəqəmsal Ticarət Qovşaği kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb. Sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri imzalayıb.

İSESCO Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına çevrilməsini dəstəkləyir- FOTO

İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilati (ISESCO) arasında Azərbaycanın Rəqəmsal Ticarət Qovşaği kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb. Sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri imzalayıb.

İİTKMT-dən AzNews.az-a verilən xəbərə görə, tərəflər arasında imzalanan anlaşma memorandumu Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsi, xarici ticarət əməliyyatlarının genişləndirilməsinə və tranzaksiyaların artmasına kömək edəcək. Belə bir Qovşağın yaradılması xüsusi ilə islam ölkərində elektron imzaların qarşılıqlı tanınması baxımından önəmlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Mərkəz ilə ISESCO arasında imzalanan bu memorandum Azərbaycanın İslam dünyasında rəqəmsallaşdırma sahəsində öncül yerlərdə mövqelərinin daha da gücləndirilməsinə imkan yaradacaq.

Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəqəmsal Ticarət Qovşağına çevrilməklə nəinki islam ölkələri, həm də dünya üçün də yaxşı bir nümunə göstərir. Qeyd edək ki, anlaşma memorandumunun Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı imzalanması xüsusi önəm daşıyır. Bu əməkdaşlıq sənədi bir tərəfdən Azərbaycanın islam həmrəyliyinə, digər tərəfdən isə mədəniyyətlərarası dialoqa verdiyi önəmli töhvədir.

Tədbirdə qeyd olunuub ki, Azərbaycanın birinci Vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başlatdığı işin davamı olaraq Rəqəmsal Ticarət Qovşağı regionun iqtisadi inkişafına öz töhvəsini verməklə Azərbaycnın lider mövqeyini də qoruyacaq..