Amerikanın avtomobil istehsalçısı olan “Ford” müxtəlif filiallarında işçilərini ixtisar edəcək. Amerikanın avtomobil istehsalçısı olan “Ford” müxtəlif filiallarında işçilərini ixtisar edəcək.

“Ford” kütləvi işçi ixtisarına gedir – 20 min nəfər işsiz qalacaq

Amerikanın avtomobil istehsalçısı olan “Ford” müxtəlif filiallarında işçilərini ixtisar edəcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət rəhbərliyi azı 20 min işçinin vəzifəsindən kənarlaşdırılacağını bildirib.

Bu, “Ford”un qlobal işçi qüvvəsinin 10 faizini təşkil edir. Məlumata görə, rəhbərliyin belə bir addım atmasına səbəb şirkətin gəlirləri artırmaq planıdır.

Şirkətin baş direktoru Mark Fildz qeyd edib ki, o, bununla “Ford” səhmlərinin qiymətində müşahidə olunan düşüşün də qarşısını almağa çalışır. İxtisar planı, “Uoll Strit Jurnalı”nın hesablamalarına görə, şirkətə 2017-ci ildə 3 milyard dollar qazandıracaq.

“Ford” şirkətinin 200 minə yaxın işçi qüvvəsi var. İşçi qüvvəsinin yarısı Şimali Amerikada fəaliyyət göstərir.

Bəxtiyar Abbasov

AzNews.az