“Nabucco” layihəsinin reallaşmamasının səbəbi maliyyə çatışmazlığıdır. “Nabucco” layihəsinin reallaşmamasının səbəbi maliyyə çatışmazlığıdır.

““Nabucco” opera adı olaraq qalmamalıdır“

“Nabucco” layihəsinin reallaşmamasının səbəbi maliyyə çatışmazlığıdır.



"APA-Economics"in məlumatına görə, bu barədə Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri İrji Maştalka Bakıda jurnalistlərə açıqlamasında bildirib.

"Problemin real səbəbi maliyyə vəsaitinin olmamasıdır. Layihənin reallaşması üçün 8 milyard avro tələb olunur. Avropa Birliyi üçün bu, elə də böyük pul deyil. Lakin Avropa ölkələri hələlik "Cənub axını" ilə bu qazı alır və enerji təhlükəsizliyini təmin edir. Avropa ölkələri lazım bilsə ki, "Nabucco" ancaq opera adı olaraq qalmamalıdır, onda bu layihə reallaşacaq", - deyə İ. Maştalka qeyd edib.

J. Mastalka deyib ki, layihə gündəmə gələn vaxt avropalı deputatlar çox həvəsli olsalar da, bu həvəs artıq müşahidə olunmur.

AzNews.az