"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiqləyib

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, agentliyin yaydığı məlumata görə reytinq üzrə proqnozlar neqativdir.

Ölkənin milli və xarici valyutada prioritet təminatsız istiqrazlarının reytinqi də "BB+" səviyyəsində təsdiqlənib.

Reytinqin "BB+" səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında "Fitch" xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib. Reytinq üzrə proqnozun neqativ olmasına gəlincə, "Fitch" makroiqtisadiyyat və maliyyə sektoru ətrafında yaranan qeyri-müəyyənliyə diqqət çəkib.

AzNews.az