Bu apteklərdə bəzi dərmanlar Tarif Şurasının təyin etdiyi qiymətdən xeyli ucuz satılır - Video

Abşeron rayonu, Xırdalan şəhərində 2 aptekdə bəzi dərmanlar Tarif Şurasının təyin etdiyi qiymətdən 10 manat ucuz satılır.

Xezerxeber.az-ın məlumatına görə,daha çox təzyiq üçün istifadə olunan dərmanların tənzimlənən qiymətləri belədir: Amlokard 4 manat 60 qəpik, Prestans 20 manat 24 qəpik, Tripliksam 28 manat 11 qəpik. Xırdalandakı digər aptekdə isə Amlokard 4 manat 16 qəpiyə, prestans 25 manat 42 qəpiyə, Tripliksam isə 18 manat 13 qəpiyə satılır. Əzaçılardan bunun səbəbini soruşanda maraqlı cavabla qarşılaşdıq.

Digər aptekdə isə qiymətlər daha da ucuzdur. Burda Amlokard 4 manat 20 qəpik, Prestans 24 manat 60 qəpik, Tripliksam 17 manat 90 qəpikdir.

Qeyd edək ki, dərmanların Tarif Şurasının təyin etdiyi qiymətdən ucuz satılması heç bir hüquqi məsuliyyət yaratmır.

AzNews.az