Neft bahalaşır

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,18 dollar və ya 0,35% artaraq 52,07 dollar olub.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarını gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,45% artaraq 46,78 dollar təşkil edib.