“Hazırda Azərbaycan banklarının kapitalı böhrandan əvvəlki dövrün göstəricisini üstələyir”. “Hazırda Azərbaycan banklarının kapitalı böhrandan əvvəlki dövrün göstəricisini üstələyir”.

“Bankların kapitalı böhrandan əvvəlki dövrlə müqayisədə çoxdur” - Palata

“Hazırda Azərbaycan banklarının kapitalı böhrandan əvvəlki dövrün göstəricisini üstələyir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) xarici nəzarət idarəsinin rəisi Taleh Nəhmədov deyib.

“İqtisadiyyatın şaxələndirilməsi bank sektoruna da təsir edib. Hazırda sektorda müsbət meyllər müşahidə edilir”, - deyə o, qeyd edib.

Bundan başqa, T.Nəhmədovun sözlərinə görə, ötən il aparılmış islahatlar nəticəsində iqtisadi artım, o cümlədən qeyri-neft sektorunda artım bərpa edilib. Qiymət artımının səviyyəsi 12%-dən 4%-ə düşüb. Uçot dərəcəsi tədricən azaldılır, ölkənin strateji valyuta ehtiyatları artır.

“İqtisadi trendlər bank sektoruna təsir edir. Maliyyə sektorunun 90%-ni təşkil edən banklar ötən il 5 mlrd. manat kredit verib. Bunun 64%-i biznesə yönəldilib”, - deyə o, qeyd edib.

T.Nəhmədov onu da deyib ki, gələn ildən dövlət müəyyən kreditlər zəmanət verəcək. Hazırda bu məqsədlə qanunvericilik bazası yenilənir.

“Azərbaycanda məsafədən bank hesabı açılması mümkün deyil. Hazırda bunun draft versiyası hazırlanır. Bankların rəqəmsal transformasiyasında bu məsələ onlara əngəl yaradır. 2018 -ci ilin sonuna qədər rəqəmsallaşma artacaq”, - deyə MBNP rəsmisi əlavə edib.

AzNews.az