2017-ci ildə başa çatdırılmış tədbirlər üzrə dövlət büdcəsinə 12 mln. 694,1 min manat, 62,4 min dollar və 775,4 avro, qurumların hesablarına 1 mln. 704,9 min manat, əvvəlki illərdə aparılmış tədbirlər üzrə isə dövlət büdcəsinə 2 mln. 519,2 min manat və 11,4 min dollar, ümumilikdə 16 mln. 918,2 min manat, 73,8 mi dollar və 775,4 avro, DSMF-nin büdcəsinə 1 mln. 120,9 min manat məbləğində vəsaitin bərpası təmin edilib. 2017-ci ildə başa çatdırılmış tədbirlər üzrə dövlət büdcəsinə 12 mln. 694,1 min manat, 62,4 min dollar və 775,4 avro, qurumların hesablarına 1 mln. 704,9 min manat, əvvəlki illərdə aparılmış tədbirlər üzrə isə dövlət büdcəsinə 2 mln. 519,2 min manat və 11,4 min dollar, ümumilikdə 16 mln. 918,2 min manat, 73,8 mi dollar və 775,4 avro, DSMF-nin büdcəsinə 1 mln. 120,9 min manat məbləğində vəsaitin bərpası təmin edilib.

Son 5 ildə dövlət büdcəsinə 53,6 milyon manat vəsait bərpa edilib

2017-ci ildə başa çatdırılmış tədbirlər üzrə dövlət büdcəsinə 12 mln. 694,1 min manat, 62,4 min dollar və 775,4 avro, qurumların hesablarına 1 mln. 704,9 min manat, əvvəlki illərdə aparılmış tədbirlər üzrə isə dövlət büdcəsinə 2 mln. 519,2 min manat və 11,4 min dollar, ümumilikdə 16 mln. 918,2 min manat, 73,8 mi dollar və 775,4 avro, DSMF-nin büdcəsinə 1 mln. 120,9 min manat məbləğində vəsaitin bərpası təmin edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.

Sənəddə vurğulanıb ki, hesabat ilində yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı illə müqayisədə 50% çox vəsait bərpa edilib. “Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bərpa edilmiş vəsait hesabat ilində Hesablama Palatasının saxlanılması ilə bağlı dövlət büdcəsindən icra edilmiş vəsaitin məbləğindən 5 dəfə çoxdur,” – deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, son beş ildə Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə ümumilikdə 53,6 mln. manat, o cümlədən 51,7 mln. manat dövlət büdcəsinə, 1,9 mln. manat isə DSMF-nin büdcəsinə bərpa edilib.

AzNews.az