CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,99 dollar/barel çoxdur. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,99 dollar/barel çoxdur.

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,99 dollar/barel çoxdur.

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 9-da 73,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 9-da 77,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3 dollar/barel çoxdur.