İndiyə qədər 300 milyon ton neft hasil edildi

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində indiyə qədər təxminən 300 milyon ton neft hasil edilib.


Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin ümumi həcmindən 152 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür.

Yusifzadənin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"ndən sonra ikinci böyük nailiyyətdir. Onun sözlərinə görə, AÇG-dən hasil edilən neftin ümumi həcmindən 215 milyon ton BTC vasitəsilə daşınıb.

AzNews.az