“Zaminbank” Beynəlxalq konfransa baş sponsor oldu

Zaminbank ASC “Pul köcürmələri, bank metalları və nəğd valyutalar bazarı” V Beynəlxalq Konfransın Baş sponsoru kimi çıxış edir



Bu barədə AzNews.az-a bankın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, konfrans bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Bank "Finansı i Kredit" (Ukrayna, Kiyev) və "Avers" beynəlxalq pul köçürmələr sisteminin təşkilatçılığı ilə keçirilir.

Konfransın əsas mövzuları pul köçürmələri bazarlarının müasir tendensiyaları, bank metalları və sikkələr, nəğd valyuta bazarları və digər bir sıra aktual məsələlərdir.

Konfransda Ukrayna və MDB ölkələrinin maliyyə qurumlarının 150-dən artıq nümayəndələrinin iştirakı gözlənilir.

AzNews.az