ARDNŞ prezidenti: "Ermənistan qazla bağlı bizə müraciət etsə sözsüz ki, biz onlara yardımçı olarıq" ARDNŞ prezidenti: "Ermənistan qazla bağlı bizə müraciət etsə sözsüz ki, biz onlara yardımçı olarıq"

Azərbaycan Ermənistana qaz verə bilər- Video

ARDNŞ prezidenti: "Ermənistan qazla bağlı bizə müraciət etsə sözsüz ki, biz onlara yardımçı olarıq"



Azərbaycan Ermənistana qaz verə bilər. Bu barədə Azəbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ANS TV-yə verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, Azərbaycan humanist ölkədir və regionda aparıcı dövlət kimi öz məsuliyyətini dərk edir. Ermənistan qazla bağlı bizə müraciət etsə sözsüz ki, biz onlara yardımçı olarıq.

Xatırladaq ki, bu gün Azərbaycan Gürcüstana qazın min kub metrini 230 dollara satır. Ermənistan isə rusiyadan qazın min kubmetrini 315 dollara alırdı.

Ermənilər isə İrəvanda Rusiya səfirliyinin qarşısında qazın qiymətinin artırılmasına etiraz olaraq aksiya keçiriblər. "Rusiya, rədd ol Ermənistandan!", "Qazprom, rədd ol Ermənistandan!" şüarları səsləndirən aksiya iştirakçıları bildiriblər ki, qazın bahalanması digər kommunal xərclərin və ümumiyyətlə qiymətlərin artmasına gətirər.

Onlar tariflərin qaldırılmasının təxirə salınması üçün səfirin Ermənistanı qazla təchiz edən inhisarçı "ArmRosqazprom" şirkətinə təsir etməsini xahiş ediblər ki, məsələ üzrə ictimai dinləmələr təşkil keçirilə bilsin.

Qeyd edək ki, hələ may ayında "ArmRosqazprom" (Ermənistan-Rusiya Qaz Sənayesi) şirkəti istehlakçılar üçün təbii qazın qiymətini 64% artırmaq təklifi ilə Ermənistan İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyaya müraciət edib. Şirkətin təklifi qəbul olunarsa, qazın qiyməti hal hazırda 1000 kub metr üçün 132 min dramdan (təxminən 318 dollar) 221 min dramadədək arta bilər.