- Köhnə - İqtisadiyyat
- 22 Noyabr 2013 11:53
- 2 292
2014-cü ilin dövlət büdcə zərfi qəbul edildi
AzNews.az-ın xəbərinə görə, Milli Məclis "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2014-cü il üçün xərclər smetalarını, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında" qanunu qəbul ediblər.
İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək dövlət büdcəsi layihəsinin parlament komitələrinin iclaslarında geniş müzakirə olunduğunu deyib:
"Gələn ilin büdcəsi balanslaşdırılmış büdcədir və ölkənin inkişafına xidmət edəcək".
AzNews.az