Prezident yeni fərman imzaladı

Azərbaycan prezidenti İlham Əliyev "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununu təsdiq edib və həmin qanunun tətbiqi haqqında fərman imzalayıb.

AzNews.az-ın verdiyi məlumata görə, sənəddə Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan prezidentinə təqdim etsin.

Eyni zamanda hökumət üç ay müddətində Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

Sevinc
AzNews.az