- Köhnə - İqtisadiyyat
- 20 Sentyabr 2012 15:16
- 2 896
905 min manatlıq elektron ticarət
Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, 2012-ci ilin yanvar-avqust ayları ərzində elektron ticarət dövriyyəsinin həcmi 905,1 min manat olub. Elektron ticarət üzrə istehlak mallarının satışının 81,2%-i hüquqi şəxslərin, 18,8%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində həyata keçirilib. Elektron ticarət dövriyyəsinin 94,1%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib.
Sevinc
AzNews.az