Martın 1-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri “Arzular layneri” (“Dreamliner”) adlanan ən müasir “Boeing-787-8” sərnişin təyyarəsində yerinə yetirilir. Martın 1-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri “Arzular layneri” (“Dreamliner”) adlanan ən müasir “Boeing-787-8” sərnişin təyyarəsində yerinə yetirilir.

Yeni təyyarələr Bakı-İstanbul marşrutu üzrə reyslərə başladı

Martın 1-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri “Arzular layneri” (“Dreamliner”) adlanan ən müasir “Boeing-787-8” sərnişin təyyarəsində yerinə yetirilir.



AzNews.az xəbər verir ki, bu barədə AZƏRTAC-a "Azərbaycan Hava Yolları" QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.

Məhərrəm Səfərli deyib ki, artıq İstanbul reyslərinin sərnişinləri premium ekonom xidmət sinfində səyahət etmək imkanı əldə ediblər.

Cəmiyyətin təmsilçisi bu xidmət sinfinin adi ekonom siniflə müqayisədə bir sıra üstünlüklərə malik olduğunu da vurğulayıb.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ötən il dekabrın 24-də paytaxta gətirdiyi "Arzular layneri" ("Dreamliner") "Boeing-787-8" sərnişin təyyarəsi ilk uçuşunu ötən ay Naxçıvana həyata keçirib.
image description