Dənizkənarı Bulvarın hər iki istiqamətdə genişləndirilməsi işləri başa çatmaq üzrədir. Dənizkənarı Bulvarın hər iki istiqamətdə genişləndirilməsi işləri başa çatmaq üzrədir.

Dənizkənarı Bulvarda pulsuz “wi-fi” quraşdırılacaq

Dənizkənarı Bulvarın hər iki istiqamətdə genişləndirilməsi işləri başa çatmaq üzrədir.


AzNews.az xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. Onun sözlərinə görə, bulvarın genişləndirilməsi Avropa oyunlarına qədər tamamlanacaq.

N. Məcidopv deyib ki, Avropa Oyunlarına qədər bulvarda gözlənilən əsas yenilik bütün bulvar ərazisinin "wi-fi" şəbəkəsi ilə əhatə olunmasıdır: "Hazırda "wi-fi" şəbəkəsinin yaradılması davam edir və may ayının sonu –iyunun əvvəlində bulvarda "wi-fi" sistemi tam quraşdırılacaq. Avropa Oyunları ilə bağlı bulvar işçiləri ingilis dilində təlimlərə də cəlb olunublar. Bu kurslar may ayının sonuna qədər davam edəcək".

Rəis müavininin sözlərinə görə, Avropa Oyunları zamanı bulvardakı xidmət sahələrində qiymət artımı gözlənilmir.