Neftin qiyməti aşağı düşdü

Brent markalı neftin qiyməti aşağı düşüb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "gazeta" saytı yayıb.

Məlumata görə, Londonun İCE birjasında bu markadan olan neftin bir barelinin qiyməti 0.09 faiz enərək 66.39 dollar təşkil edib.

WTI markalı neftin qiymətində də enmə müşahidə edilib. Belə ki, Nyu-York birjasında bu markadan olan neftin qiyməti 0.10 faiz düşərək 59.87 dollar olub.