Neftin qiyməti yenə qalxdı

Brent markalı neftin qiyməti artmaqda davam edir.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "24today" saytı yayıb.

Məlumata görə, Londonun İCE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0.37 dollar yüksələrək 67.77 dollar olub.

Nyu-Yorkun NYMEX birjasında da WTI (Light Sweet) markalı neftin qiyməti qalxıb.

Bu markadan olan neftin qiyməti 0.87 dollar çoxalaraq bir bareli 60,93 dollar təşkil edib.