Neftin qiyməti aşağı düşdü

Brent markalı neftin qiyməti aşağı düşüb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "gazeta" saytı yayıb.

Məlumata görə, Londonun İCE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0.20 faiz enərək 65.40 dollar təşkil edib.

WTI markalı neftin qiymətində də enmə müşahidə olunub.

Belə ki, Nyu-York birjasında bu markadan olan neftin qiyməti 0.34 faiz düşərək 58.61 dollar olub.