Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “Washington Post” nəşrində dərc olunan “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar bəyanat yayıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “Washington Post” nəşrində dərc olunan “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar bəyanat yayıb.

SOCAR-dan "Washington Post"un 750 min dollarlıq ittihamına - Cavab

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “Washington Post” nəşrində dərc olunan “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar bəyanat yayıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumat SOCAR-ın saytında yer alıb.

Bəyanatda deyilir:

"Biz "Washington Post" nəşrində dərc olunmuş "SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu" adlı məqalə ilə əlaqədar ciddi narazılığımızı ifadə edirik.

SOCAR heç vaxt konfransdakı iştirakını gizlətməyib və məqalədə qeyd olunduğu kimi,

SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunub. SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmayıb. Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər.

Biz təhqiqat ərzində tam əməkdaşlıq etmişik. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil. SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir".

Qeyd edək ki, "The Washington Post"un iddiasına görə, guya Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 10 konqresmen və 32 heyət üzvünün 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirakları üçün bütün səfər xərclərini ödəyib.

Qəzetin yazdığına görə, "İştirakçılar arasında prezident Barak Obamanın keçmiş yüksək səviyyəli yardımçılarından da 3 nəfər olub. Konqresmenlər və onlarla birlikdə səfərdə iştirak edənlərə yüz minlərlə dollar səfər xərcləri, ipək şərflər, xrustal çay dəsti vədəyəri 2 500-dən 10 000 dollara qədər olan Azərbaycan xalçaları verilib. Səfərdə konqresmenlərin bəzilərinin xanımları da iştirak ediblər. Səyahət sənədlərinə görə onların təyyarə biletlərinə 112 899 ABŞ dolları ödənib. SOCAR səfərin 750 000 dollarlıq xərclərini gerçək maliyyələşmə mənbəyini gizlətmək üçün ABŞ-da yerləşən qeyri-hökumət qurumlarından biri vasitəsilə ödəyib".