Nobel prospekti açılır - FOTOLAR

Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb.


Bu barədə AzNews.az-a "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, prospektin bu hissəsi sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq açılacaq: "Əvvəllər prospektin bu hissəsində səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yox idi. Nəticədə yağış yağarkən yolun hərəkət hissəsində gölməçələr əmələ gəlirdi. Bu isə öz növbəsində asfalt-beton örtüyünün sıradan çıxmasına səbəb olurdu. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sözügedən ərazidə yağış-kanalizasiya sisteminin qurulması və asfalt-beton örtüyünün yenilənməsi üçün təmir-tikinti işlərinə başlamışdı".

A.Nəcəfli qeyd edir ki, görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən "Ağ şəhər"ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub: "Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda komunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə yol boyu 3 min poqon-metr səki daşı düzülüb".

Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description image description image description image description