Mayın 18-də Batumidə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Mayın 18-də Batumidə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

SOCAR-ın Batumidə yeni ofisi açıldı

Mayın 18-də Batumidə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib.


AzNews.az xəbər verir ki, bu haqda məlumat SOCAR-ın saytında yer alıb.

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Batumi portu yaxınlığında Bakı küçəsində tikilmiş yeni binada "SOCAR Energy Georgia" şirkətinin və onun strukturlarının ofisləri yerləşəcək. Tikintisinə 2012-ci ildə başlanılmış dördmərtəbəli binada 150 əməkdaşın çalışması üçün iş otaqları, texniki otaqlar, ayrıca lift və pilləkənlə təmin olunmuş 24 nəfərlik yeməkxana və mətbəx, habelə inzibati otaqlar və konfrans zalı yerləşir.

Memar Rauf Xıdırov tərəfindən layihələndirilmiş binanın fasadı klassik, əsas elementləri isə neoklassik üslubda işlənib. Binaya mədəni irs statusu verilib. 1598 kvadrat metrlik torpaq sahəsində inşa edilmiş binanın və yardımçı tikililərin ümumi sahəsi 3383,51 kvadrat metrdir.