Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları sentyabr ayının sonunda 7 milyard 44,2 milyon dollar təşkil edib.
Bu barədə AzNews.az-a AMB-dən məlumat verilib. Bildirilib ki, bu, avqust ayının yekunu ilə müqayisədə 3,7% və yaxud 271,2 milyon dollar azdır. Son 1 ildə AMB-nin valyuta ehtiyatları 53,2%, ilin əvvəlindən bəri isə 48,8% azalıb.