“Maliyyə Naziri Samir Şərifovun son müsahibəsi bəzi həqiqətlərə işıq salıb”. “Maliyyə Naziri Samir Şərifovun son müsahibəsi bəzi həqiqətlərə işıq salıb”.

“Buna hökumətdə fərqli yanaşmalar var” – Devalvasiya məsələsi

“Maliyyə Naziri Samir Şərifovun son müsahibəsi bəzi həqiqətlərə işıq salıb”.



AzNews.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Onun fikrincə, devalvasiya məsələsinə münasibətdə hökumət dairələrində fərqli yanaşmalar mövcuddur: "Mərkəzi Bank tənzimləyici funksiyasından istifadə edərək, valyuta bazarına inzibati yolla birbaşa müdaxilə imkanını əlində saxlamaqla valyuta ehtiyatlarının tükənməsinə, lakin həmin dövrdə manatın sabitliyinin qorunmasına yönələn siyasətin tərəfdarıdır. Maliyyə Nazirliyi isə hətta qısa və orta müddətli dövrdə tədiyə balansının müsbət saldosunun olacağına əmin olmadığından milli valyutaların müxtəlif mübadilə rejimləri üzərində qurulan digər alternativlərdən, o sıradan da "üzən" rejimdən bəhs edir. Bu alternativin də nəzərdən keçirildiyini istisna etməyib".

Q.İbaoğlu hesab edir ki, bu istənilən halda yumşaq devalvasiyanın olacağını təsbit edir.

Bahar RÜSTƏMLİ
AzNews.az