“Bu ilin sonuna kimi bank filiallarında və işçilərində ixtisarlar davam edəcək”. “Bu ilin sonuna kimi bank filiallarında və işçilərində ixtisarlar davam edəcək”.

“Filialların birləşdirilməsi daha düzgün olardı” - Ekspert

“Bu ilin sonuna kimi bank filiallarında və işçilərində ixtisarlar davam edəcək”.



Bunu AzNews.az-a açıqlamasında iqtisadçı ekspert "Bank Respublika" nın Astara filialının bağlanmasına münasibət bildirərkən deyib. O, buna səbəb olaraq, dünya bazarında neftin qiymətinin düşməsini əsas göstərib: "Biz bu haqda proqnozlar vermişik. Bildirmişdik ki, sentyabrdan etibarən, üzü payıza doğru bank sektorunda ixtisarlar gedəcək. Bu ixtisarlar göstərir ki, filialların bağlanmasında, birləşməsində bank işçilərinin ixtisar olunması gözlənilir. Bankların filiallarının bağlanmasına səbəb ilk növbədə neftin qiymətinin aşağı düşməsidir. Hər kəsə bəllidir ki, bütün sahələr bu gün neftdən asılıdır".

S.Əliyev bildirib ki, devalvasiya bank sektoruna böyük zərbə vurub: "Üstündən xeyli keçsə də hələ banklar devalvasiyadan qurtula bilməyib. Problemli kreditlər artmağa başlayıb. Bu da bankların digər gəlirlərinə mənfi təsir göstərib. Neft ucuzlaşdığından aktivlik xeyli azalıb. Aktivlik çox olduqca qazanc da çoxalır. Belə bir vəziyyətdə bank sağ qalmalıdır, yaranan vəziyyətdən çıxmalıdır".

Ekspert qeyd edib ki, banklar bu vəziyyətdən çıxmaq üçün öz xərclərinin optimallaşdırılması siyasətini yürüdür: "Hazırda bu proses gedir. Bu prosesdə isə lazımsız filialların birləşdirilməsi daha düzgün olar, nəinki bağlanması".

Bahar Rüstəmli
AzNews.az