“Oktyabr ayında dünya bazarında Brent markalı neftin qiyməti 11 faiz yüksəlib”. “Oktyabr ayında dünya bazarında Brent markalı neftin qiyməti 11 faiz yüksəlib”.

“ABŞ-da neft hasilatı gündəlik 120 min barel azalıb” - Ekspert

“Oktyabr ayında dünya bazarında Brent markalı neftin qiyməti 11 faiz yüksəlib”.



AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun fikrincə, 9 gündə iki rəqəmli qiymət yüksəlişinə imza atan xam neft məhsulları son dövrün rekord artımını rəsmilləşdirib: "Neftin dünya bazar qiymətində artımlar davam edir. Neftin dünya bazar qiyməti son 2 ayda ən baha qiymətə satılır. Qiymət artımına əsas kimi ABŞ-da açıqlanan iqtisadi göstəricilər qeyd edilir. Birləşmiş Ştatlarda benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması enerji bazarına ciddi təsir göstərib".

Ekspert qeyd edib ki, Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barel azalıb: "Bu son 1 ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda Birləşmiş Ştatlarda hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. İnvestorların yalnız ABŞ-da deyil, eyni zamanda digər neft bölgələrində də sərmayə qoyluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir. Digər əsas səbəb isə Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-stabilliyin yaranacağı ilə bağlı narahatçılıqdır. NATO-nun son münaqişə ilə bağlı açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə potensial neft təklifinin azalacağı ilə bağlı investorlar arasında ciddi narahatçılıq formalaşdırıb".

V.Bayramovun fikrincə, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır: "Bu ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir".

Bahar RÜSTƏMLİ
AzNews.az