Avqust ayında əhali banklardakı əmanətlərini 284,8 milyon manat azaldıb. Avqust ayında əhali banklardakı əmanətlərini 284,8 milyon manat azaldıb.

Əhali pulunu banklardan geri götürür

Avqust ayında əhali banklardakı əmanətlərini 284,8 milyon manat azaldıb.



Fins.az-ın Mərkəzi Banka istinadən xəbər verir ki, 01 Sentyabr 2015-ci il tarixinə əhalinin banklarda əmanətlərinin məbləği 7 milyard 320,3 milyon manat təşkil edib. Bu, Avqust ayının 1-i ilə müqayisədə 284,8 milyon manat azdır. Avqustun 1-də əhalinin banklarda əmanətləri 7 milyard 605,1 milyon manat idi.

Əmanətlərin 25,2%-i və ya 1 milyard 847,9 milyon manatı milli valyutada, 78,8%-i isə xarici valyutada (əsasən dollarda) olub.

Avqustun əvvəlində əmanətlərin 28%-i və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada idi.