- Köhnə - İqtisadiyyat
- 12 Oktyabr 2015 19:06
- 2 602
“Azərbaycan 2040-cı ilədək ixrac edəcəyi qazı artıq satıb“- Nazir müavini
Türkiyə tərəfi Rusiya qazından imtina etdiyi halda, bunu Azərbaycan qazı ilə kompensasiya etmək mümkün olmayacaq".
AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov "Rambler. Xəbərlər" portalına açıqlamasında bildirib.
Nazir müavininin sözlərinə görə, bunun səbəbi Azərbaycanın əlavə qaz həcminə malik olmamasıdır: "Azərbaycan 2040-cı ilədək hasil edəcəyi və ixrac üçün nəzərdə tutulan qazı artıq satıb. Əgər əlavə qazımız olsaydı, biz onu daxili tələbata yönəldərdik".