- Köhnə - İqtisadiyyat
- 21 Yanvar 2016 16:56
- 5 637
“Neft 24 dollardan da aşağı düşsə...” – Vahid Ələkbərovdan bədbin proqnoz
Neftin qiyməti 24 dollardan da aşağı düşərsə, Rusiyanın neftçıxarma sahəsindəki layihələrin bir çoxu bağlana bilər.
AzNews.az xəbər verir ki, bu fikirləri "LUKoil"ın prezidenti Vahid Ələkbərov "Россия 24" telekanalının efirində çıxışı zamanı səsləndirib. "Düşünürəm ki, bizi gözləyən ən aşağı hədd neftin 1 barelinə görə 24 dollardır. Bütün təhlil göstərir ki, neft bu qiymətdən də aşağı olsa, fəaliyyətdə olanlar da daxil olmaqla bir çox layihələr dayandırılacaq", - deyə o bildirib.
Xatırladaq ki, bir müddət öncə Vahid Ələkbərov böhran dövründə vergi dəyişiklikləri, islahatlar və ya inqilab etməyə dəyməz fikrini bəyan etmişdi.
Aydan Axundova