İranla Almaniya arasında gərginlik davam edir - Səfir XİN-ə çağırıldı

Əsədullah Əsəd Belçikaya ekstradisiya edilir

Almaniyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi yayıb. Onun sözlərinə görə əsas məqsəd bir müddətdir Almaniyanın nəzarətində olan İranlı diplomat Əsədullah Əsədin Belçikaya ekstradisiyasına etiraz etməkdir.

Görüşdə bildirilib ki, Əsədin saxlanılması beynəlxalq diplomatiya hüququna ziddir və o, təcili Tehrana qaytarılmalıdır.

Qeyd edək ki, diplomat İranın Vyanadakı səfirliyində çalışırmış.