Səs yazısında onun necə aradan götürülməsi gözdən keçirilir Səs yazısında onun necə aradan götürülməsi gözdən keçirilir

Saakaşvili iş adamının qətlini sifariş verməkdə ittiham olundu - Səs yazısı

Səs yazısında onun necə aradan götürülməsi gözdən keçirilir

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilini müxalifətçi iş adamı Badri Patarkatsvilinin qətlini sifariş verməkdə ittiham edir.

Gürcüstan KİV-i xəbər verib ki, hadisə icraçılarından birinin evində axtarış zamanı iş adamının qətlə yetirilməsinin müzakirə olunduğu barədə audiosəs yazısı tapılıb.
“Söhbət zamanı Q.D. (qətlin icraçısı) qətlin Saakaşvili tərəfindən sifariş edildiyini təsdiqləyib”-deyə rəsmi açıqlamada deyilir.

2008-ci ildə Londonda öldürülən Patarkatsvilinin Saakaşviliyə ciddi rəqib və hökumətə qarşı düşmən obrazında göründüyü bildirilir. Səs yazısında iş adamının müxtəlif üsullarla – o cümlədən zəhərlənərək, aradan götürülməsi gözdən keçirilir. (Modern.az)

© AzNews.az