"Gürcüstanda marixuana istehsal etmək yolverilməzdir". "Gürcüstanda marixuana istehsal etmək yolverilməzdir".

“Dəstəkdən, sevgidən məhrum olacağıq” - Marqvelaşvili

"Gürcüstanda marixuana istehsal etmək yolverilməzdir".

Gürcüstanda marixuana istehsal etmək yolverilməzdir, bunun ölkə üçün ağır nəticələri olacaq.

Bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

O, ölkədə marixuana istehsalı ilə bağlı gedən siyasi müzakirələri başa düşmədiyini bildirib:

“Bu vəziyyət mənim üçün qəbuledilməzdir. Dəfələrlə bildirmişəm ki, bir dəfə narkotik istifadə edənləri başa düşmüşəm. Lakin bir dəfədən çox narkotikdən istifadə edənləri heç vaxt bağışlamadım”.

Georgi Marqvelaşvili marixuana istehsalının ölkəsi üçün böyük risk olduğunu vurğulayıb:

“İlk növbədə bunu dərman sənayesini inkişaf etmirmək üçün nəzərdə tutmuşuqsa, istehsal edilən maddələrin paylanılmasına lazım olan qədər nəzarət edə bilməyəcəyik. Bu, insanlar arasında yolxucu xəstəliklərin yayılmasına gətirib çıxaracaq. Digər yandan, bu amil Gürücstanın beynəlxalq nüfuzunu zədələyəcək. Bu günədək bizə verilən dəstəkdən, sevgidən məhrum olacağıq. Bu, çox ağır nəticələrə yol açacaq qarışıq mənzərədir”.(teleqraf.com)

AzNews.az