Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək. Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək.

Mogerinidən İranla bağlı açıqlama: “Yaxın gələcəkdə...”

Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək.

Avropa İttifaqı yaxın gələcəkdə ABŞ-ın sanksiyalarından yan keçməklə, İran neftini almağa və bu ölkə ilə qanuni işbirliyi qurmağa imkan verən mexanizm hazırlamaq niyyətindədir.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini bildirib.

O qeyd edib ki, perspektivdə həmin mexanizmə İranın ənənəvi tərəfdaşı olan ölkələr, o cümlədən Asiya dövlətləri qoşula bilər.

Xatırladaq ki, avqust ayında Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını öz ərazisində qeyri-qanuni adlandırıb, dövlət qurumlarına və şirkətlərə onlara əməl etməyi qadağan edib.(oxu.az)

AzNews.az