Hadisə Rustavi şəhərində baş verib Hadisə Rustavi şəhərində baş verib

Gürcüstanda partlayış: 12 yaralı var - Onlardan 5-i azyaşlıdır

Hadisə Rustavi şəhərində baş verib

Gürcüstanın Rustavi şəhərində baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb. Onlardan 5-i azyaşlıdır.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, oktyabrın 21-də Rustavi şəhəri 19-cu mikrorayon ünvanında qaynaq aparılan sexlərin birində ilkin məlumata görə, oksigen balonu partlayıb. Nəticədə 5-i uşaq olmaqla 12 nəfər yaralanıb, ətrafdakı binalara, ictimai-iaşə obyektlərinə xeyli ziyan dəyib.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (AZƏRTAC)