Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Gürcülərə xəbərdarlıq edildi: “Hazır olun!”

Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Oktyabrın 25-dən 27-dək Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, Qara dəniz sahillərində 4-5 ballıq qasırğa olacağı barədə əhaliyə və turistlərə ciddi xəbərdarlıq edilib.

Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyi yayıb.

Agentliyin məlumatında deyilir ki, oktyabrın 26-27-də ölkə ərazisində hava kəskin soyuyacaq, leysan yağışları, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü külək əsəcək, Qara dənizdə 4-5 ballıq qasırğa olacaq. Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artacaq, sel suları yaranacaq, ayrı-ayrı ərazilərdə torpaq sürüşməsinin olacağı ehtimal edilir.

Agentlik həmin günlərdə dənizdə çimməyin, dağlara gəzintiyə getməyin təhlükəli olduğunu bildirir.(AZƏRTAC)

AzNews.az